» » Mehriban Əliyeva Xoşbəxt Yusifzadə haqda paylaşım etdi

Mehriban Əliyeva Xoşbəxt Yusifzadə haqda paylaşım etdi

Bölmə: BLOK XƏBƏR
Mehriban Əliyeva Xoşbəxt Yusifzadə haqda paylaşım etdi





Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin ad günü ilə bağlı paylaşım edib.

“Xalqinfo” xəbər verir ki, birinci xanım rəsmi sosial şəbəkə hesabında Xoşbəxt Yusifzadənin fotosunu paylaşaraq onu 90 illiyi münasibətilə təbrik edib:

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler