» » Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Xalqinfo" xəbər verir ki, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler