» » “Gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”

“Gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”

Bölmə: BLOK XƏBƏR
“Gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”





Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

"Xalqinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya çərçivəsində bir gündə ölkəmizdə 650 min ağac əkilib.

Dövləti başçısına və birinci xanıma aksiya barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib: Mehriban xanımın təşəbbüsünə əsasən bütün respublika üzrə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı böyük bir aksiyaya başlamışıq. Ağacların hamısı yerli tingliklərdə yetişdirilib və respublikanın bütün rayonlarının sifarişləri üzrə paylanılıbdır.



Prezident İlham Əliyev: Şamaxıda neçə min ağac əkilir?

Muxtar Babayev: Şamaxıda 50 min. Bakıda, Naxçıvanda, Sabirabad və Saatlı rayonlarının hər birində də 50 min ağac əkiləcək.

Prezident İlham Əliyev: Şamaxıda neçə yerdə ağac əkilir, ancaq burada?

Muxtar Babayev: Şamaxıda 10-12 yerdə əkilir. Bizim aksiyamızın keçirildiyi ərazi 5 hektardır.



Prezident İlham Əliyev: Hansı ağaclar əkilir?

Muxtar Babayev: Burada əsasən tuya və Eldar şamı. Amma, bütövlükdə 38 növ ağac paylanılıbdır. Əsasən meyvə ağaclarıdır ki, insanlar həm də meyvə götürsünlər.

Prezident İlham Əliyev: Ağaclar bölgələrin iqliminə uyğun olmalıdır.

Muxtar Babayev: Əlbəttə, nəzərə almışıq.

Prezident İlham Əliyev: Abşeronda yəqin ki, zeytun əkilir?

Muxtar Babayev: Abşeronda əsasən zeytundur, badamdır. Burada isə əsasən Eldar şamıdır. Əkilən ağaclar əsasən damcı üsulu ilə suvarılacaq. Bu sistem artıq Sabirabadda, Şamaxıda qurulur. Digərlərində ağaclar hələ ki ənənəvi üsulla suvarılacaq.



Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub.

Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq. Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülübdür. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkiblər.

Sonra dövlət başçısı və birinci xanım aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler