» » İlham Əliyev Sumqayıtda -

İlham Əliyev Sumqayıtda - Yenilənib

Bölmə: BLOK XƏBƏR
İlham Əliyev Sumqayıtda -





Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

“Xalqinfo” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verib.

Prezident müvafiq tapşırıqlarını verib.

***

İlham Əliyev daha sonra Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dövlət başçısı tədbirdə geniş nitq söyləyib.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.

***

Prezident Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

***
İlham Əliyev eyni zamanda şəhərdə Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler