Novruz Məmmədov bu universitetə prorektor gətirilirBölmə: BLOK XƏBƏR
![]() Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir. Modern.azsaytına verilən məlumatda bildirilir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq. Qeyd edək ki, keçmiş Baş nazir fransız dili üzrə mütəxəssisdir. Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib. N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib. 1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. 2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub. 2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib. Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib. 72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var. |
XƏBƏR LENTİ
16.12.19 11:16 | Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
16.12.19 10:49 | Bakıda qəbiristanlıqlara nəzarət edən məmur öldü
16.12.19 09:51 | “İlham Əliyevlə də danışdım, məni gözləyir”
15.12.19 17:53 | İradə Cavadova namizədliyini irəli sürdü - Foto
15.12.19 17:18 | İsa Məlikov Ukraynada qəzaya düşdü - Fotolar
15.12.19 15:24 | Harvarda qəbul olunan Nigar tanınmış komandirin qızıdır
15.12.19 14:37 | DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
15.12.19 14:05 | Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat Elman Nəsirov
15.12.19 12:39 | Qarabağı Ermənistan ərazisi kimi göstərən qlobus məktəblərimizdə
- Böyük biabırçılıq
- Böyük biabırçılıq
15.12.19 11:17 | Cəbhə xəttində gərginlik: Atəşkəs 21 dəfə pozuldu
15.12.19 09:39 | Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
15.12.19 07:31 | Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılıb öldü
14.12.19 21:48 | Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14.12.19 20:47 | FHN yanğınla bağlı məlumat yaydı
14.12.19 18:07 | Sudanın sabiq prezidentinə hökm oxundu
14.12.19 18:00 | Türkiyə parlamentinin erməni millət vəkili “soyqırımı” rədd etdi
14.12.19 17:58 | Bazar gününün havası: 13 dərəcə isti olacaq
14.12.19 17:41 | 71 nəfərin namizədliyi təsdiq olundu
14.12.19 17:39 | İlham Əliyevdən təbrik məktubu
14.12.19 17:18 | “Şahdağ” turizm mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi açılır
14.12.19 16:24 | Prezidentdən icra başçısı ilə bağlı - Sərəncam
14.12.19 16:00 | Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
|