Azərbaycanda Milli Dirçəliş GünüdürBölmə: BLOK XƏBƏR
![]() Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur. “Xalqinfo”nun məlumatına görə, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır. |
XƏBƏR LENTİ
16.12.19 11:16 | Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
16.12.19 10:49 | Bakıda qəbiristanlıqlara nəzarət edən məmur öldü
16.12.19 09:51 | “İlham Əliyevlə də danışdım, məni gözləyir”
15.12.19 17:53 | İradə Cavadova namizədliyini irəli sürdü - Foto
15.12.19 17:18 | İsa Məlikov Ukraynada qəzaya düşdü - Fotolar
15.12.19 15:24 | Harvarda qəbul olunan Nigar tanınmış komandirin qızıdır
15.12.19 14:37 | DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
15.12.19 14:05 | Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat Elman Nəsirov
15.12.19 12:39 | Qarabağı Ermənistan ərazisi kimi göstərən qlobus məktəblərimizdə
- Böyük biabırçılıq
- Böyük biabırçılıq
15.12.19 11:17 | Cəbhə xəttində gərginlik: Atəşkəs 21 dəfə pozuldu
15.12.19 09:39 | Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
15.12.19 07:31 | Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılıb öldü
14.12.19 21:48 | Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14.12.19 20:47 | FHN yanğınla bağlı məlumat yaydı
14.12.19 18:07 | Sudanın sabiq prezidentinə hökm oxundu
14.12.19 18:00 | Türkiyə parlamentinin erməni millət vəkili “soyqırımı” rədd etdi
14.12.19 17:58 | Bazar gününün havası: 13 dərəcə isti olacaq
14.12.19 17:41 | 71 nəfərin namizədliyi təsdiq olundu
14.12.19 17:39 | İlham Əliyevdən təbrik məktubu
14.12.19 17:18 | “Şahdağ” turizm mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi açılır
14.12.19 16:24 | Prezidentdən icra başçısı ilə bağlı - Sərəncam
14.12.19 16:00 | Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
|