» » Vilayət Eyvazovdan yeni 

Vilayət Eyvazovdan yeni  - TƏYİNAT

Bölmə: BLOK XƏBƏR
Vilayət Eyvazovdan yeni 
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.

“Xalqinfo"nun  verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi təyin olunub.

Bundan öncə həmin vəzifəni tutan Mehman Təhməzov təqaüdə göndərilib.

Qeyd edək ki, bu ilin yayında polkovnik Ə.Ağayevin ailəsində faciə baş verib. Onun 28 yaşlı oğlu Orxan Ağayev Nərimanov rayonunda yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub. Hadisədən sonra faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanmışdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler