» » Prezidentin çıxışından sonra nazirlər Şamaxıya getdi

Prezidentin çıxışından sonra nazirlər Şamaxıya getdi

Bölmə: BLOK XƏBƏR
Prezidentin çıxışından sonra nazirlər Şamaxıya getdi
Prezident İlham Əliyevin Şamaxıdakı qəzalı məktəbin vəziyyəti ilə bağlı açıqlamasından sonra müvafiq qurumlar hərəkətə keçib.

"Xalqinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda məktəbin qəzalı vəziyyətdə olan binasında avadanlıqların boşaldılmasına başlanılıb.

Bu dəqiqələrdə Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hadisə yerindədir.

Qeyd edək ki, Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarətdi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler