Prezident Şahin Mustafayevə daha bir vəzifə verdi - SƏRƏNCAMBölmə: BLOK XƏBƏR
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. "Xalqinfo" xəbər verir ki, Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”. Xarici İşlər Nazirliyi bu sərəncamla edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərəcək. Xalqinfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|