» » Əkbər Hacıyevlə Ruslan Əliyev kollektivə təqdim olundu

Əkbər Hacıyevlə Ruslan Əliyev kollektivə təqdim olundu - FOTOLAR

Bölmə: BLOK XƏBƏR
Əkbər Hacıyevlə Ruslan Əliyev kollektivə təqdim olundu
Xəbər verdiyimiz kimi, SOCAR Prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev “Qaz İxrac” İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifələrinə sınaq müddətinə təyin olunub.

“Xalqinfo”ya daxil olan məlumata görə, birliyin kollektivi ilə keçirilən görüşdə çıxış edən SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov yeni təyinatlar barədə ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. Əkbər Hacıyev və Ruslan Əliyev də öz növbəsində SOCAR rəhbərliyinə onlara göstərdiyi etimada görə təşəkkür ediblər və bu etimadı doğrultmaq üçün səylə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

R. Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.
Əkbər Hacıyevlə Ruslan Əliyev kollektivə təqdim olundu
Əkbər Hacıyevlə Ruslan Əliyev kollektivə təqdim olundu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler