» » Rövnəq Abdullayev onların vəzifəsini dəyişdirdi

Rövnəq Abdullayev onların vəzifəsini dəyişdirdi - SİYAHI

Bölmə: BLOK XƏBƏR
Rövnəq Abdullayev onların vəzifəsini dəyişdirdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

Qurumdan "Xalqinfo"ya verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:

Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılıb, Qaz İxrac İdarəsinin rəisi təyin olunub;

Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktorunun müavini vəzifəsindən çıxarılıb, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub;

Qağaməli Seyfullayev Qaz İxrac İdarəsinin rəisi vəzifəsindən çıxarılıb, “Neftqaztikinti” trestinin müdiri təyin olunub;

Füzuli Hacıyev Heydər Əliyev adına NEZ-in direktor müavini vəzifəsindən çıxarılıb, Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub;

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler