» » Mərkəzi Bankla Dövlət Neft Fondu birləşdirilir

Mərkəzi Bankla Dövlət Neft Fondu birləşdirilir - YENİ RƏHBƏR KİM OLACAQ?

Bölmə: BLOK XƏBƏR
Mərkəzi Bankla Dövlət Neft Fondu birləşdirilir
Elman Rüstəmov Baş nazirin müavini postuna gətirilir

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Bu barədə "Xalqinfo"ya hökumətdəki mənbələrdən məlumat daxil olub.

Bu məlumatlar sırasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən azad ediləcəyi barədə xəbərin gerçək olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə, Elman Rüstəmov vəzifəsindən artıq istefa verib.

Yaxın günlərdə onunla bağlı Prezident tərəfindən yeni sərəncam veriləcəyi gözlənilir.

Ölkə başçısının digər sərəncamı ilə E.Rüstəmovun Baş nazirinin müavini postuna gətiriləcəyi bildirilir.

Struktur islahatlarının davamı kimi Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birləşdiriləcəyi vurğulanır. O da qeyd edilir ki, birləşdiriləcək qurumun rəhbərliyinə Dövlət Neft Fondunun İdarə Heyətinin sədri Şahmar Mövsumov gətiriləcək.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler