» » “Zaman-zaman qərəzin şahidi oluruq”

“Zaman-zaman qərəzin şahidi oluruq”

Bölmə: BLOK XƏBƏR
“Zaman-zaman qərəzin şahidi oluruq”



Bu gün Bakıda “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı keçirilir.

"Xalqinfo" xəbər verir ki, konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın millətlərarası dialoq, tolerantlıq mühitinin bərqərar olduğu, nüfuzlu toplantıların keçirildiyi məkan olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkəmizin Bakı Beynəlxalq Media Konfransına ev sahibliyi etməsi medianın nə qədər aktual olduğunu göstərir: "Ümid edirik ki, bu konfrans dünyanın aparıcı media qurumlarının nümayəndələrinin platformasına çevriləcək.


Müasir dövrdə söz və mətbuat azadlığı mühüm şərt kimi irəli sürülür, mətbuatın sərbəst və maneəsiz fəaliyyəti hər bir ölkə üçün öhdəlik kimi qəbul edilib. Mühüm tendensiyaları daim diqqətdə saxlamalı, neqativ hallar nəzərimizdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığın dərinləşməsindən asılıdır. Nəzərə çarpan hadisə və proseslərə də töhfəmizi verə bilərik, proseslərə zamanında reaksiya verilməsi vacibdir. İnternet əsrində yaşayırıq, internet media resurslarının da sayının artmasına dinamiklik müşahidə olunur”.

Əflatun Amaşov Azərbaycanın ikili standartlardan əziyyət çəkdiyini qeyd edib: “Zaman-zaman qeyri-obyektivlik və qərəzin şahidi oluruq. Belə hallar bizi düşündürməlidir. Bu mənfi təmayüllərlə münasibətdə “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı obyektiv mövqedən çıxış edərək, dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək, prioritetlərini müəyyənləşdirəcək”.

Digər çıxışçı Qlobal Jurnalistlər Şurasının sədri Mehmət Ali Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb.

O, Türkiyə çoxlu sayda media ilə bağlı təşkilatların olduğunu qeyd edib: “Bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var idi. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır, türk düşməni olmayan jurnalistlər də üzvlərimizdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler