» » Sürücünün söydüyü yol polisi işdən çıxarıldı

Sürücünün söydüyü yol polisi işdən çıxarıldı

Bölmə: BLOK XƏBƏR
Sürücünün söydüyü yol polisi işdən çıxarıldı




Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub.

"Xalqinfo" Baku.ws-ə istinadən xəbər verir ki, Mehdi Səlimov təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər. Bildirildi ki, həqiqətən də, Mehdi Səlimov təqaüdə göndərilib.

Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler