» » “Əvvəlki görünüşü çox acınacaqlı idi” -

“Əvvəlki görünüşü çox acınacaqlı idi” - İlham Əliyev

Bölmə: BLOK XƏBƏR
“Əvvəlki görünüşü çox acınacaqlı idi” -




Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.

Xalqinfo” xəbər verir ki, açılış mərasimində çıxış edən ölkə başçısı bildirib ki, şagirdlərin yeni dərs ilini yeni məktəbdə başlamasından şad olub:

“Valideynlər də, uşaqlar da, müəllimlər də razıdır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız rahat olsun. Gündən-günə xalqımızın yaşayış səviyyəsi qalxsın. Uşaqlar gözəl məktəblərdə oxusun. Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək. Hələ də təmirsiz olan məktəblərdə təmir işləri gələcəkdə mütləq aparılacaq.


Bu məktəb doğrudan da göz oxşayır. Burada bütün lazımi şərait yaradılıb. Mənə verilən məlumata görə, məktəbin əvvəlki görünüşü çox acınacaqlı idi”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler