» » "Məktəbə qayğı təkcə dövlətin işi olmamalıdır" -

"Məktəbə qayğı təkcə dövlətin işi olmamalıdır" - Əli Əhmədov

Bölmə: BLOK XƏBƏR
"Məktəbə qayğı təkcə dövlətin işi olmamalıdır" -






Azərbaycanın Baş Nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov 2019-2020-ci tədris ilinin başlanması münasibətilə şagird və valideynləri təbrik edib.

Xalqinfo.az xəbər verir ki, Ə.Əhmədovun "Facebook" sosial şəbəkəsində paylaşdığı təbrikində deyilir:

"Sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik Günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm. Təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir. Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar. Məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır. İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin, uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler