» » Azyaşlı Vilayət Eyvazova şeir söylədi (Video)

Azyaşlı Vilayət Eyvazova şeir söylədi (Video)

Bölmə: BLOK XƏBƏR
Azyaşlı Vilayət Eyvazova şeir söylədi (Video)




Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.

Xalqinfo.az xəbər verir ki, mərasimdə maraqlı anlar yaşanıb.Belə ki, general-polkovnik Vilayət Eyvazov qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə “Üç rənqli bayraq” şeirini söyləyib:

“Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır.
Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır,
Yolumuzun üstünə
İşıq saçan mayakdır.”

Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, “Ay maşallah” deyərək ona təşəkkür edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler