» » Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı

Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı

Bölmə: BLOK XƏBƏR
Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı





Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə Xalqinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” təlimində iştirak etmək üçün Azərbaycana gəlib.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.

Təlim sentyabrın 6-dək davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler