» » Zakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları -

Zakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndirib

Bölmə: BLOK XƏBƏR
Zakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları -






“Mən Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndirirəm. Azərbaycan tankçıları müsabiqəyə qatılan 30-a yaxın ölkə arasında finala çıxdılar. Dörd ən güclü komanda arasında bizim komanda da var. Bu artıq özü yüksək nəticədir”.


Bunu "Report"un Moskva bürosuna açıqlamasında Rusiyada səfərdə olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.

“Beynəlxalq Ordu Oyunları - 2019” müsabiqəsində Azərbaycana qarşı baş vermiş təxribatlara da münasibət bildirən nazir bütün təxribatların qarşısının alındığını söyləyib

“Azərbaycana qarşı baş vermiş bütün təxribatların qarşısı alınıb. Mən hərbi oyunları siyasiləşdirmək istəmirəm. Bu cür təxribatlar yolverilməzdir. Bunu səhv addım kimi qiymətləndirirəm. Tədbirin ev sahibi Rusiya Federasiyası bu cür təxribatların qarşısını alıb. Bu qədər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler