Bakıda Daxili İşlər Nazirliyinin binasının qarşısında həyacan - bomba qoyulub?Bölmə: BLOK XƏBƏR
Gecə Bakının Səbail rayonunda bir neçə qəribə hadisə baş verib. Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib. Avqustun 5-i saat 22:40-da “102” telefon xidmətinə zəng edən kişi bəyan edib ki, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulub. Lakin məlumat təsdiqini tapmayıb. Əməliyyatçılar zəng edən kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, Novxanı qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Qalib Qəribovdur. Onun ruhi-əqli problemi olduğu müəyyən edilib. Polis kişini psixiatriya xəstəxanasına yerləşdirmək məqsədilə həkim briqadası çağırıb. Lakin Q.Qəribov bundan xəbər tutan kimi qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları “telefon terrorçusu”nu axtarırlar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|