» » Abel Məhərrəmovun kürəkəni xəstəxanaya yerləşdirildi -

Abel Məhərrəmovun kürəkəni xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Bölmə: BLOK XƏBƏR
Abel Məhərrəmovun kürəkəni xəstəxanaya yerləşdirildi -





Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqov xəstəxanaya yerləşdirilib.

"Xalqinfo" unikal.org-a istinadən xəbər verir ki, Azər Sadıqov Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda səhhəti ağırdır.

Qeyd edək ki, Azər Sadıqov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, Abel Məhərrəmova məxsus olduğu deyilən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov açıqlamasında kürəkəni Azər Sadıqovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: “Hazırda xəstəxanada müalicə olunur. İnşallah, tezliklə səhhətində yaranan problemlər aradan qalxar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler