» » Razim Məmmədovun rəis qohumu işdən çıxarıldı

Razim Məmmədovun rəis qohumu işdən çıxarıldı

Bölmə: BLOK XƏBƏR
Razim Məmmədovun rəis qohumu işdən çıxarıldı





Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Xətai rayon İcra başçısı vəzifəsini əvəz edən, (rəsmi müavin) Rafiq Quluyev əmr imzalayıb. Ə.İsmayılovun yerinə isə, qurumun baş mühəndisi Babayev Sahib Xudaverdi oğlu müvəqqəti olaraq təyin olunub.

Xəbəri Xətai rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək, Ə.İsmayılov Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun xalası oğludur.

Xatırladaq ki, bundan əvvəl Razim Məmmədovun əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sözügedən cinayət işində Əvəz İsmayılovun da adı hallanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler