» » ARDNŞ-in İdarə rəisi ilə bağlı

ARDNŞ-in İdarə rəisi ilə bağlı ŞOK FAKTLAR

Bölmə: BLOK XƏBƏR
ARDNŞ-in İdarə rəisi ilə bağlı




ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və yaxınlarının adı növbəti böyük qalmaqalda hallanır.

Unikal.org-un məlumatına görə, bu barədə AFN-ə bir qrup şəxs məlumat verib. Daha konkret, 11 nəfər zərərçəkən ümumilikdə 4,1 milyon manatdan çox pullarının V.Əliyev tərəfindən baldızı oğlu vasitəsilə mənimsənildiyini iddia edir. Üstəlik, şikayətçilərin sözlərinə görə, onlarla bərabər 100-dən artıq ailə zərər çəkib. Belə ki, onlar V.Əliyevin “Azfen”in Təchizat İdarəsində mühəndis işləyən qohumuna “fırlatmaq” üçün yaxınlarından topladıqları pulları veriblər. İdarə rəisinin baldızı oğlu Nicat Qarayev həmin vəsaiti şirkətdəki imkanlarından istifadə edərək dövriyyəyə buraxır, qazandığı vəsaitin müəyyən hissəsini isə borclulara verirmiş. Şikayətçilərin bəziləri ilə bu “əməkdaşlıq” bir neçə il davam edib.

“Azfen” Vaqif Əliyevin nəsil şirkətidir”
““Azfen” BP-nin sifarişlərini reallaşdırır. Bizim bildiyimizə görə, “Azfen” də 6 şirkətlə iş görür. Başqa şirkətlər ora girə bilmir, çünki yuxarıdan əmr var ki, ancaq o şirkətlərlə işləməlisiniz. O şirkətlərin də böyük əksəriyyəti Vaqif Əliyevin əlindədir. Məsələn, “Azfen”in Gürcüstan rəhbəri onun bir baldızının oğlu Bəhruzdur (Rzayev Bəhruz Tofiq oğlu, əvvəllər Gürcüstanda layihə rəhbəri olub, hazırda rəhbər yoxdur deyə onun vəzifələrini icra edir-red.), kürəkəni Araz şirkətdə şöbə müdiridir, Nicat da dediyimiz kimi bir baldızının oğludur. Bizim əlimizdə səs yazıları var ki, bu adam bizdən pulu alır o şirkətlərin əli ilə mala verir, “Azfen” də pulu köçürür o şirkətlərə. Bu, həmin şirkətlərdən pulu nağdlaşdırır, bizim pullarımızı çıxarıb gətirib verir. Baxmayaraq ki, guya Nicatı bu işlərə görə işdən çıxarıblar, amma bu gün də bilirik ki, həmin şirkətlər var, həmin proses davam edir. Bəhruzun özü də bu işə Elgün (zərərçəkmişlərdən biri-red.) vasitəsilə pul qoyub. Məsələn, bir dəfə 100 min manat qoyub 110 min götürüb, 110 min verib 132 min alıb, yəni bu iş belə gedir”.

“Bizdə Vaqif Əliyevin səs yazıları var…”

Zərərçəkənlərin Vaqif Əliyevlə də telefon danışıqları var. Danışıqlardan aydın olur ki, o özü 2018-ci ildə də oxşar halın baş verməsini, bundan rəhbərliyin xəbərinin olmasını etiraf edir: “Amma ondan sonra Nicatı işdən çıxartmayıblar, müəyyən səbəblərə görə saxlayıblar. Yəqin saxlayıblar ki, daha böyük dələduzluğa yol versin. Orda Vahid adlı sürücü var, o etiraf edir ki, şəxsən Vaqif Əliyevin yoldaşı, yəni Nicat Qarayevin xalası bir çanta pul verib mənə Nicata vermək üçün. Çantanın altı pul olub, üstü paltar. Mən də zəng etmişəm Nicata, deyib paltarları at zibil qabına, pulu gətir. Bu hallar bizlərin də yanında baş verib. Nicatın maşınında üstü paltar, altı pul dolu çantalar olub, deyib xalam verib. Yəni bu faktlar var bizim əlimizdə. Bu gün də orda Kənan adında adam işləyir, Vaqif Əliyevin kürəkəninin qardaşıdır. Orxan onu oturdub bir şirkətin başında, bütün işləri onun əlilə görürlər. Nicat həmişə ehtiyat edirdi Kənanla münasibətlərinin pozulmasından. Deyirdi onların bütün bu işlərini Kənan görür. Səs yazıları var, Nicat dəfələrlə etiraf edib ki, bu işlər Vaqif Əliyevin və oğlu Orxanın işidir. Onlar yubadırlar pulu verməyi. Bizdə Nicatın pulu alması ilə bağlı video var”.

N.Qarayevin zərərçəkənləri prosesə cəlb etməsi o qədər də çətin olmayıb. Şikayətçilərin sözlərinə görə, o, həftədə 340 min pul qazandığını deyib.

Nicatı xalası oğlu Bəhruz “ifşa edib”

Məsələ ondadır ki, Bəhruzla Nicatın arasında problem var. Elə Nicata qarşı əməliyyatların başında da o dayanır: “Məhz o Vaqif Əliyevin oğlu Orxana deyib ki, Nicat pul alır iş görür, qazanc götürür. Bəhruz özü bir nəfərin əlilə Nicata 100 min bir dəfə, 150 min də bir dəfə nömrəli pul verib və nəticədə Nicatın işləri dolaşıb. Bu hadisənin üstü açılanda Nicatı döyüblər, öz xalası oğlu Orxan onu ağır sözlərlə təhqir edib.

Zərərçəkənlər arasında “Azfen”də işləyənlər də var. Maraqlıdır ki, onlar indi şikayətlərə qoşulmurlar, geri çəkiliblər. Şikayətçilər isə güman edirlər ki, ya onların pulları gizlində verilib, ya da təzyiq altındadırlar.

N.Qarayevin atası Maarif Qarayev Şəmkir İşıq İdarəsinin rəisi olub və orada güclü yeyintiyə yol verdiyi üçün işdən çıxarılıb. Amma yenə V.Əliyevin əlilə cəzadan yayınıb, hətta bir neçə aydan sonra ya Şəmkirdə, ya da Gədəbəydə (dəqiqləşdirmək mümkün olmadı-red. ) Qaz İdarəsinə rəis qoyulub.



V.Əliyevin daşımaçılıqla məşğul olan “Skaneks” adlı şirkəti də var. Şikayətçilər bildirirlər ki, onun xanımının da, övladlarının da idarə etdiyi avtomobillər həmin şirkətə məxsusdur. Şirkətdə işlərə O.Əliyev nəzarət edir: “Orada da maxinasiyalar həyata keçirirlər. Belə ki, avtomobilləri arendaya götürürlər. Sahibindən tutaq ki, min manata icarəyə götürülən avtomobilləri BP-yə, SOCAR-a 1500-2000 manata verirlər. Orxanın adına azı 20-30 dənə bahalı avtomobillər (“Prado”, “Mitsubishi”) var ki, hazırda da orada işləyir. Bu iş araşdırılsa, həmin faktların hamısı açıq-aşkar ortaya çıxacaq. Ümumiyyətlə isə tək bir şirkəti yoxdur Əliyevlər ailəsinin, müxtəlif məhsullarla təminat üçün bir neçə şirkət var ki, hamısı onlara məxsusdur. Məsələn, qida təminatı ilə məşğul olan “Russel Catring” şirkəti Vaqif Əliyevindir. Özü də il tamam olan kimi ləğv edilir, yenisi yaradılır. Talan vasitələridir hamısı. Bəzi mallar var ki, guya xaricdən alır gətirirlər. Nicat özü də etiraf edirdi ki, yerli malları xarici adı ilə satıblar “Azfen”ə. Məsələn, bir dəfə Gürcüstanda bir şirkət açıb Azərbaycan məhsulunu xarici adı ilə “Azfen”ə satmışdılar 5 milyona. Burada çox böyük oyunlar oynanılır, böyük vəsaitlər qazanılır. Azərbaycanda hesabdan nağdlaşdırma çətin olduğuna görə Gürcüstanda, Türkiyədə ofşor şirkətlər açıb rahat nağdlaşdırma aparırlar”.

Qeyd edək ki, şikayətçilər Baş Prokurorluğa teleqram vuraraq məsələ ilə bağlı qəbul olunmalarını xahiş ediblər.

P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler