» » “Saakaşvili BMT-nin baş katibi olarsa, Bakı qazanar”-

“Saakaşvili BMT-nin baş katibi olarsa, Bakı qazanar”- deputat

Bölmə: BLOK XƏBƏR
“Saakaşvili BMT-nin baş katibi olarsa, Bakı qazanar”-







Azər Süleymanov: “Saakaşvili kimi təcrübəli bir şəxsin elə bir posta təyinatı Azərbaycan üçün çox yaxşı nəticələr verə bilər”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər bir qurumun baş katibi postuna namizədliyi irəli sürülə bilər. Bu haqda xəbərlər bir-birini əvəzləməkdədir. Qonşu dövlətin sabiq rəhbərinin dünya siyasətində əsas rol oynamış bir təşkilatın rəhbərliyinə gətirilməsi region və özəlliklə Azərbaycana nə verə bilər?

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyir ki, Gürcüstanda yaşayan azərbaycanlılar sülhün, əmin-amanlığın tərəfdarıdır: “Son seçkilər zamanı da bu bir daha təsdiq olundu. Gürcüstanda əmin-amanlıq cənab Saakaşvilinin prezidentliyi dövründən bərqərar oldu. Son proseslər göstərir ki, Gürcüstan yavaş-yavaş 90-cı illərə qayıdır. Saakaşvilidən sonra dəyişən hakimiyyətlər elə bir qonşu olmadı ki, onunla münasibətləri korlamasın.



İlk növbədə Azərbaycanla xoşagəlməz hadisələr baş verdi. Son belə hadisə Keşikçidağdakı insidentlə əlaqəli idi. Çox təəssüflər olsun ki, Saakaşvili kimi təcrübəli dövlət başçısının yaratdığı əmin-amanlıq belə xoşagəlməz hallarla sıxışdırılır. Əlbəttə ki, Saakaşvili kimi təcrübəli bir şəxsin elə bir posta təyinatı həm Qafqaz, həm Azərbaycan üçün çox yaxşı nəticələr verə bilər. Saakaşvilini 20 ildən artıqdır ki, tanıyıram, o, öz xalqını, Azərbaycanı sevən, hər bir zaman Azərbaycana hörmətlə yanaşan bir insandır”.

Azər Süleymanov deyir ki, Mixail Saakaşvili son bəyanatlarında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan hər bir zaman, ən çətin anlarda Gürcüstanın yanında, arxasında olub, heç bir zaman Azərbaycan Gürcüstanın arxasına bıçaq saplamayıb: “Çox təəssüflər olsun ki, bugünkü hakimiyyət bu cür yanaşma sərgiləmir. Saakaşvili dünyada tanınan siyasətçidir, onun həmin posta namizədliyi, təyinatı ümumilikdə dünya insanları üçün sülh və əmin-amanlıq gətirər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler