» » “Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir”

“Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir” Vilayət Eyvazov

Bölmə: BLOK XƏBƏR
“Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir”




Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, nazir V.Eyvazov bildirib ki, son illər polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hər iki ölkədə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edilib, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırıblar.

Nazir deyib ki, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylər davam etdirilir.

Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin öyrənilməsinin çox faydalı olduğu, İsraildə uzun müddətdir fəaliyyət göstərən ən müasir texnologiyaların, o cümlədən “Təhlükəsiz şəhər” sisteminin respublikamızda da uğurlu tətbiqi qeyd olunub.

Nazir vurğulayıb ki, nəinki MDB məkanında, Şərqi Avropada da ən sabit, təhlükəsiz dövlətlərdən biri kimi tanınan Azərbaycanda ictimai-siyasi stabillikdən, əlverişli kriminogen durumdan respublikamızın vətəndaşları ilə bərabər, ölkəmizə gələn əcnəbilər, burada çalışan iş adamları, turistlər də yararlanırlar.

Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu, bu növ cinayətlərə qarşı yalnız birgə səmərəli mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Y.Kulas ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasının əyani təzahürü kimi son zamanlar İsrail vətəndaşlarının da Azərbaycana ziyarətlərinin artmasının ikitərəfli əlaqələrin inkişafının digər mühüm bir aspekti kimi dəyərləndirib.

Qarşılıqlı maraq dоğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.bulda İsrailin ölkəmizdəki səfiri Dan Stav da iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler