» » Qubada yəhudi icması rəhbərinin evinə basqın-

Qubada yəhudi icması rəhbərinin evinə basqın- Bacısı bıçaqlandı

Bölmə: BLOK XƏBƏR
Qubada yəhudi icması rəhbərinin evinə basqın- Bu gün Quba rayonunun Qırmızı Qəsəbəsində yəhudi dini icmasının rəhbərinin evinə basqın olub.



“Xalqinfo” ans press-ə istinadən xəbər verir ki, basqın zamanı Dini icmanın rəhbəri Boris Simanduyev və bacısı Liza Simanduyeva xəsarət alıb. Səhər saatlarında baş verən hadisə zamanı evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bıçaq xəsarətləri alan Liza Simanduyeva Quba rayon xəstəxanasında əməliyyat olunub. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Quba rayon Polis Şöbəsi araşdırmalara başlayıb. .


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler