Azərbaycanda bu məhkəmələr ləğv edildi - SiyahıBölmə: BLOK XƏBƏR
Prezident İlham Əliyev İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. "Xalqinfo" xəbər verir ki, sərəncamla aşağıdakı inzibati məhkəmələr təşkil edilir: 1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində; 1.2. Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində; 1.3. Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində; 1.4. Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində; 1.5. Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində; 1.6. Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində. 2. Aşağıdakı kommersiya məhkəmələri təşkil edilsin: 2.1. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində; 2.2. Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində; 2.3. Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində; 2.4. Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində; 2.5. Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində; 2.6. Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində. Sərəncamla Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin. Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Prezidentə təqdim etməlidir. Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb. Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|