» » Ucarda güclü yanğın-

Ucarda güclü yanğın- Yaşlı qadın yanaraq öldü

Bölmə: BLOK XƏBƏR
Ucarda güclü yanğın- Ucarda güclü yanğın baş verib.


“Xalqinfo" ans press-ə istinadən xəbər verir ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində təxminən yarım saat bundan əvvəl baş verib.

Yanğın zamanı evdə olan yaşlı qadın yanaraq ölüb. Hadisə zamanı həlak olanın kimliyi və yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Yanğın zamanı evin bütün əşyaları da yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan sahəsi yanğından mühafizə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler