» » Xədicə İsmayıl həbs olundu- YENİLƏNİB

Xədicə İsmayıl həbs olundu- YENİLƏNİB

Bölmə: BLOK XƏBƏR, MANŞET
Xədicə İsmayıl həbs olundu- YENİLƏNİB
Jurnalist Xədicə İsmayılova həbs olunub.

ans press-in məlumatına görə, bu barədə bu gün Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.



“Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb. Məlumatda deyilir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.

ANS TV-nin məlumatına görə, artıq Xədicə İsmayıl məhkəməyə aparılıb. Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir. Bu il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur.

Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsilə cinayət işi başlanıb. Bundan öncə Bayraqdar kimi tanınan Elman Türkoğlu da Xədicə İsmayılın Cinayət Məcəlləsinin (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını istəmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler