» » DİN, DTX və Komitədən birgə REYD:

DİN, DTX və Komitədən birgə REYD: 180 dini...

Bölmə: BLOK XƏBƏR
DİN, DTX və Komitədən birgə REYD:




Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib.

Dövlət Komitəsindən Xalqinfo.az-a verilən məlumat görə, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.

İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb. Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.

Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler