» » Aprel döyüşlərinin iştirakçısının dəfn xərcini Heydər Əliyev Fondu öz üzərinə götürdü

Aprel döyüşlərinin iştirakçısının dəfn xərcini Heydər Əliyev Fondu öz üzərinə götürdü

Bölmə: BLOK XƏBƏR
Aprel döyüşlərinin iştirakçısının dəfn xərcini Heydər Əliyev Fondu öz üzərinə götürdü




İntihar etmiş Aprel döyüşlərinin iştirakçısı İmamverdi İsmayılovun dəfn xərcləri dövlət tərəfindən ödəniləcək.

Bu barədə Unikal.org-a açıqlamasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov məlumat verib.

O, bildirib ki, 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlunun yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Qeyd edək ki, iyunun 28-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata - 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlu uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb.Xəstəxanaya yerləşdirilən aprel döyüşçüsünün həyatını xilas etmək mümkün olmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler