» » “Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”-

“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”- Əflatun Amaşov

Bölmə: BLOK XƏBƏR
 “Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”-



"Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.



Xalqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.



O bildirib ki, Ş.Hüseynovun banisi olduğu məktəb hər zaman işıq saçacaq:



"Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi. Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.



Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.

Ş.Hüseynov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler