» » “Polisin insanların güvənc yerinə çevrilməsi..." -

“Polisin insanların güvənc yerinə çevrilməsi..." - Vilayət Eyvazov

Bölmə: BLOK XƏBƏR
“Polisin insanların güvənc yerinə çevrilməsi..." -






“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”.

Xalqinfo.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində (DİN) keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən danışan Daxili İşlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler