» » Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb -

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi Açıqlama

Bölmə: BLOK XƏBƏR
Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb -



Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb”.

Xalqinfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

"Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilib ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir. Qeyd olunanları, yəni, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir", məlumatda vurğulanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler