» » İşdən çıxarıldığı deyilən generalla bağlı açıqlama -

İşdən çıxarıldığı deyilən generalla bağlı açıqlama - YENİLƏNİB

Bölmə: BLOK XƏBƏR
İşdən çıxarıldığı deyilən generalla bağlı açıqlama -



Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənov öz vəzifəsində fəaliyyətini davam etdirir.

Bu barədə Oxu.Az-a İdarənin mətbuat xidmətindən bildiriblər.

Bundan əvvəl E.Həsənovun yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi barədə məlumatlar yayılmışdı.


Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.

“Qafqaznfo”nun xəbərinə görə, R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan E.Həsənov peşəkar polis zabiti kimi tanınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler