» » Saakaşvili Gürcüstanda parlamentə edilən basqına münasibət bildirib

Saakaşvili Gürcüstanda parlamentə edilən basqına münasibət bildirib

Bölmə: BLOK XƏBƏR
Saakaşvili Gürcüstanda parlamentə edilən basqına münasibət bildirib




Keçmiş prezident müxalifəti iqtidarı devirmək ətrafında birləşməyə çağırıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifəti baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” partiyasını iqtidardan devirmək üçün birləşməyə çağırıb.

Xalqinfo.az xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Facebook”dakı şəxsi səhifəsində bəyan edib. Onun sözlərinə görə, məhz hakimiyyət partiyası Gürcüstanda baş verən hadisələrə görə məsuliyyət daşıyır.

Keçmiş prezident bütün hallarda “Gürcü arzusu” partiyasının yalnız dinc yolla iqtidardan kənarlaşdırılmalı olduğunu vurğulayıb.

“Bu gün Gürcastanda baş verənlər dövlətə, onun dəyərlərinə, simvollarına laqeyd və aşağılayıcı münasibətin son noqtəsidir”,-deyə müraciətdə bildirilir.

Keçmiş prezident Gürcüstan xalqının lüzum bildiyi təqdirdə prosesə qoşulmağa hazır olduğunu söyləyib.

Xatırladaq ki, Gürcüstan parlamenti önündə baş verənlər Rusiya Dövlət Duması deputatı Sergey Qavrilov ətrafında yaranan qalmaqalla bağlıdır.

Bu gün səhər onun parlamentdə, sədarət kürsüsündə əyləşməsi əhalinin qəzəbinə səbəb olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler