» » Gürcüstanda etirazçılara rezin güllələr atıldı -

Gürcüstanda etirazçılara rezin güllələr atıldı - Video + Yenilənib

Bölmə: BLOK XƏBƏR
Gürcüstanda etirazçılara rezin güllələr atıldı -




Gürcüstanda mitinqçilər parlament binasına daxil olmağa çalışıb. Polis nümayişçilərin qarşısını kəsib. Etirazçılar polisə plastik qablar atır.

“Xalqinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Daxili İşlər naziri Georgi Qaxariya etirazçıları dərhal binanın önünü tərk etməyə və qanuna əməl etməyə çağırıb. əks halda, onlara qarşı tədbirlər görüləcəyini deyib. Aksiya hazırda davam edir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb edirlər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilir.

***

Daxili İşlər naziri Georgi Qaxariya istefaya getməyə hazır olduğunu deyib:

“Belə bir ehtiyac yaranarsa, mən problemsiz istefaya gedəcəyəm”.

***

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də mitinqçilərə dəstək olub. O, "Facebook" səhifəsində video-müraciət edərək hakim partiyanı siyasətdən uzaqlaşdırmaq üçün insanları birləşməyə çağırıb. Ancaq Saakaşvili partiyanı hakimiyyətdən sülh yolu ilə kənarlaşdırmağı bildirib.

***

Gürcüstanın Baş naziri Mamuka Baxtadze parlament binasına gəlib. Bundan başqa, Daxili İşlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də binadadır.

***

Aksiyaçılarla polis arasında qarşıdurma yaranıb. Yaralıların olduğu bildirilir. Polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

***

Baş nazir Mamuka Baxtadze aksiyanın haqlı səbəbdən keçirildiyini, ancaq son 2 saatda baş verənlərin zorakılıq olduğunu bildirib:

"Baş vermiş hadisə hər bir vətəndaşın etirazına səbəb oldu və mən bu etirazlarla həmrəyəm. Bu, haqlı etiraz idi. Ancaq son 2 saatda baş verənlər zorakılıqdır. Vahid Milli Hərəkat ölkədə stabilliyi pozmağa çalışır”.

***

Tbilisidə xüsusi təyinatlı dəstələr aksiyaçılara rezin güllələrlə atəş açıblar. Xəsarət alanların dəqiq sayı bilinmir. Yaralılardan biri “Rustavi 2” kanalının əməkdaşıdır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler