» » Ukraynada Poroşenko ilə bağlı araşdırma başlanıldı

Ukraynada Poroşenko ilə bağlı araşdırma başlanıldı

Bölmə: BLOK XƏBƏR
Ukraynada Poroşenko ilə bağlı araşdırma başlanıldı





Ukraynanın Dövlət Araşdırmaları Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı mümkün dövlətə xəyanət faktı ilə bağlı araşdırmaya başlayıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə büronun direktorunun birinci müavini Olqa Vartsenko feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 25 noyabr 2018-ci ildə Ukrayna Hərbi Dəniz Donanmasının gəmilərinin Qara dənizdən Azov dənizinin Kerç boğazına keçidi ilə bağlı insidentdən gedir.

Poroşenko ilə bağlı büroya bir müddət öncə Kiyevə qayıdan Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin keçmiş müavini Andrey Portnov müraciət edib.

O, eks-prezidentin vəzifəsi dövründə ölkədə hərbi vəziyyət tətbiq etməyə çalışmaqla, ukraynalı dənizçiləri Kerç boğazına göndərərək onları qurban verməklə dövlətə xəyanət etdiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler