» » "Onlar evlərini, iş yerlərini itiriblər" -

"Onlar evlərini, iş yerlərini itiriblər" - Əli Əhmədov

Bölmə: BLOK XƏBƏR
"Onlar evlərini, iş yerlərini itiriblər" -





Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçirilir.

Unikal.org xəbər verir ki, üç gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Forumun açılışında çıxış edən Baş nazirin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.

O, ölkədə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini deyib: "Azərbaycan islahatlar keçirilməsi sahəsində dünya miqyasında önəmli yer tutur. İslahatların əhəmiyyətli hissəsini sosial sahədə həyata keçirilən işlər tutur. Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi Ermənistan tərəfdən işğal olunub və 1 milyona yaxın insan məcburi köçkün düşüb. Onlar evlərini, iş yerlərini itiriblər. Uzun illər bu vəziyyətin davam etməsinə baxmayaraq, əhalinin 10 faiz hissəsinin hər cəhətdən təmin edilməsi, yaşayış şəraitinin yaşılaşdırılması hökumətin üzərinə düşür. Onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi, iş yerlərinin yaradılması böyük vəsait tələb edir".

Ə.Əhmədov qeyd edib ki, müharibə nəticəsində əlilliyi yaranan azərbaycan vətəndaşları sosial təminatla təmin olunub: "Təqaüdlərin, pensiyaların verilməsi, bütün bunların hamısı Azərbaycanın sosial təminat rejiminin işlədiyi gərgin rejimlərdən biridir. Azərbaycan əhalisi yüksək templə artır. Çoxuşaqlı ailələrin sayı əhəmiyyətli dərəcədədir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının maraqları və ehtiyacları daha dərindən araşdırmalı və həll olunmalıdır.

Forum çıxışlarla davam edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler