» » Rusiyadakı səfirliyimiz yanır? -

Rusiyadakı səfirliyimiz yanır? - Polad Bülbüloğlundan AÇIQLAMA

Bölmə: BLOK XƏBƏR
 Rusiyadakı səfirliyimiz yanır? -


Rusiya FHN əməkdaşları Moskvanın mərkəzində Azərbaycan səfirliyində baş vermiş yanğınla bağlı məlumatı yoxlayırlar.
Xalqinfo.az TASS-a istinadən xəbər verir ki, idarədən bildirildiyinə görə, yanğın təhlükəsizliyi xidməti səfirlikdə baş vermiş yanğınla əlaqədar məlumat alıb. Hazırda məlumat yoxlanılır.
Agentliyin həmsöhbətinin sözlərinə əsasən, hadisə yerinə bir neçə yanğınsöndürən briqada göndərilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.
“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler