» » Nazir Ceyhun Osmanlının anasının yerinə onu gətirdi

Nazir Ceyhun Osmanlının anasının yerinə onu gətirdi

Bölmə: BLOK XƏBƏR
Nazir Ceyhun Osmanlının anasının yerinə onu gətirdi




Təhsil naziri Ceyhun Bayramov Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanovanı əvəz etmək üçün nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırovu müvəqqəti təyin edib.

Unikal.org-a daxil olan məlumata görə, nazir bununla bağlı əmr imzalayıb. Belə ki, Vidadi Bağırov hazırda Gimnaziyanın direktor əvəzi vəzifəsini icra edir və Gimnaziyada bəzi nöqsanlarla bağlı araşdırma aparır.

Əgər nöqsanlar təsdiqini taparsa, Xuraman Osmanova rəsmi olaraq vəzifəsindən azad ediləcək.

Yeni təyinatı Unikal.org-a Humanitar Fənlər Gimnaziyasından təsdiqləyiblər. Bildirilib ki, Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova səhətti ilə əlaqədar qeyri-müəyyən vaxta qədər bülletenə çıxıb.

Qeyd edək ki, X. Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler