» » Azərbaycanda bu rayonlara qar yağıb

Azərbaycanda bu rayonlara qar yağıb

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda bu rayonlara qar yağıb





Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

Xalqinfo.AZ xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.

Ən çox yağıntı da Qubanın Qırız kəndinə düşüb. Hazırda bu kənddə 6 santimetr qalınlıqda qar var. Xınalıq kəndinə 4, Xaltana 3, Qubanın rayon mərkəzinə isə 1 santimetr qalınlıqda qar yağıb.

Xızının Altıağac qəsəbəsində isə qarın qalınlığı 4 santimetrdir.

Lerik rayonuna güclü qar yağıb. Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:

"Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir".

İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: "Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler