» » Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu”

Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu”

Bölmə: BLOK XƏBƏR
Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu”




Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu”

O bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə 2013-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevi dəstəkləyib, indi də Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birgə müxalifətin tədbirində bir yerdə oturub.

O, 2013-cü ildə Milli Şuradan istefa verən Eldar Namazov barəsində də danışıb.

Deyib ki, E.Namazov 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyib: “REAL Partiyasının sədri İlqar Məmmədov da həbsdən çıxandan sonra Eldar Namazovla görüşüb, şəkil paylaşıb, məsləhətləşmələr aparıb. Məncə, elə siz də İlham Əliyevi dəstəkləyin, məsələ bitsin”.

İlqar Məmmədov isə bu çağırışı qəbul etmədiyini bildirib.

Cəmil Həsənli A.Göyüşovun dediklərində haqlı olduğunu qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə A.Göyüşovun mövqeyi ilə razılaşmayıb:

“Böyük yanlışlığa yol vermisiniz. Şəxsimlə bağlı iradınız varsa, məni sevmirsinizsə, hörmət etmirsinizsə sizə deyəcək nəsə sözüm yoxdur. Buna borclu deyilsiniz. Lakin yolumla bağlı yalan və böhtanlara cavab verməyə, doğru olub-olmamasını sizinlə dartışmağa hazıram. İstəsəniz açıq dioloq edək və sosial şəbəkədəki dostlar da iştirak etsin. Mən addımlarıma və siyasi kursuma cavab vermək və arxasında dayanmaq iqtidarındayam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler