» » “Özəl kanallarda şit verilişlər gedir”

“Özəl kanallarda şit verilişlər gedir”

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Özəl kanallarda şit verilişlər gedir”





Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.

“Xalqinfo” xəbər verir ki, komitənin iclasına sədrlik edən sədr müavini Jalə Əliyeva deyib ki, Yayım Şurasının üzvlüyünə, yəni, 3 yerə 5 şəxsin namizədliyi irəli sürülüb. “İdman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədliklərim irəli sürülüb. Bu şəxslərdən 3 Yayım Şurasının üzvü olmalıdırlar”.

İclasda çıxış edən Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Yayım Şurasının 3 üzvünün vaxtı aprelin 19-da başa çatır: “Ona görə həmin vaxta kimi, onların yerinə 3 nəfər seçilməlidir.

Bədii Şuralar məsələsinə gəlincə, N. Məhərrəmli deyib ki, özəl telekanallar buna laqeyd, dırnaqarası baxırlar: “Onlar bu məsələdə etinasızlıq göstərirlər. Ancaq hesab edirəm ki, onlar bu mövqedən əl çəkməlidirlər. Özəl kanallarda bu gün bayağı, şit verilişlər gedir, insanların zövqləri korlanır. Hesab edirəm ki, özəl kanallar artıq öz proqram siyasətlərinə yenidən baxmalıdırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler