» » Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı-

Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı- Qarabağla bağlı şok tapşırıq

Bölmə: BLOK XƏBƏR
Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı-




Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Müdafiə Nazirliyində qapalı iclas keçirib.

Publika.az xəbər verir ki, Ermənistan mediası qapalı iclasın müəyyən detallarını açıqlayıb.

İddialara görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Buna görə də indidən ordunu gələcək müharibəyə hazırlaşdırır.

“Past” qəzetinin məlumatına görə, qapalı iclasda Paşinyan generallarla müharibə ssenarilərini müzakirə edib. Konkret hansı ssenarilər üzərində iş aparıldığı məlum olmasa da, Paşinyanın müdafiə naziri David Tonoyana ordudakı neqativ halların aradan qaldırılması tapşırığını verdiyi deyilir.

Görünür, Ermənistan danışıqları yenidən tormozlamağa çalışacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler