» » Abel Məhərrəmovun kadrı İŞDƏN ÇIXARILDI

Abel Məhərrəmovun kadrı İŞDƏN ÇIXARILDI

Bölmə: BLOK XƏBƏR
Abel Məhərrəmovun kadrı İŞDƏN ÇIXARILDI





Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

Xalqinfo.AZ “Report”a istinadən xəbər verir ki, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəbin rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olan akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində qalır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler