Ən faydalı içkilər - SİYAHIBölmə: BLOK XƏBƏR
Məlum olduğu kimi insan orqanizminin 70 faizi mayedən ibarətdir. Bu səbəbdən də faydalı və təbii içkilər qəbul etmək çox faydalıdır. Qazlı su, paketlənmiş şirə, yoqurt və şeykləri unudun. Bunlar çox ziyanlıdır. Xalqinfo.az ən faydalı içkilərin siyahısını təqdim edir. 1.Su Təmiz su içmək toksinləri bədəndən xaric etmək, mədə-bağırsaq sisteminin normal işləməsi üçün, ürək və damarlar üçün çox faydalıdır. 2.Mərcanı kompotu Mərcanı kompotu hərarəti aşağı salır. Bu içkinin tərkibi C vitamini ilə çox zəngindir. Toksinləri bədəndən xaric edir, aktivliyi artırır, sidikqovucu effektə malikdir. 3.Nar şirəsi (təbii) Nar şirəsi A, C və E vitaminləri ilə çox zəngindir. Bundan başqa nar şirəsinin tərkibində sink, selen, fosfor, kalsium və dəmir var. Hipertoniya və animiyadan əziyyət çəkənlərə faydalıdır. Ürək-damar sistemini gücləndirir. Amma unutmaq lazım deyil ki, nar şirəsini həddən artıq içmək olmaz. 4.Nanəli çay Nanə həzmi yaxşılaşdırır, təzyiqi aşağı salır, mədə şirəsi ifrazını stimullaşdırır, əsəbləri sakitləşdirir, yuxusuzluğa müsbət təsir edir. 5.Kefir Kefirin tərkibində xüsusi bakteriya və göbələklər var. Kefir qəbul etmək immunitet sistemini möhkəmləndirir, mədə-bağırsaq sistemi fəalliyətini normallaşdırır. Kefirin tərkibində maqnium, kalsium, natrium, fosfor və selen var. 6.Alma şirəsi Alma şirəsi böyrək, sidik kisəsi, qara ciyər və damarlar üçün faydalıdır. Alma şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, toksinləri xaric edir. 7.Çobanyastığı çayı Antibakterial effektə malikdir, əsəbləri sakitləşdirir. Bu çay bağırsağın normal mikroflorasını bərpa edir, ağrıkəsici effektə sahibdir. 8.Kakao Kakao qan təzyiqini normallaşdırır, ürək-damar sistemi xəstəliklərinin yaranma riskini azaldır. Təbii antidepressant və stimulyatordur. Tərkibi mikro elementlər və vitaminlərlə zəngindir. 9.Qırmızı çaxır Bu içki ürək və damarlar üçün çox faydalıdır, əla antioksidantdır. Qırmızı çaxır xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Amma həddən artıq içmək olmaz. Gün ərzində 150 qram normaldır. 10.Pivə Pivə çox faydalı bitkidir. Amma onu gün ərzində yarım litrdən çox qəbul etmək olmaz. Bu əla sidikqovucu içki orqanizmdə maddələr mübadiləsinə müsbət təsir edir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|