» » “Mənim fəallığım onları qane etmir...” -

“Mənim fəallığım onları qane etmir...” - Elman Nəsirov

Bölmə: BLOK XƏBƏR
“Mənim fəallığım onları qane etmir...” -





Son iki gündə sosial şəbəkələrdə deputat Elman Nəsirovun adından bir fikir paylaşılır. Fikirdə qeyd olunur ki, E.Nəsirov Azərbaycan bayrağında dəyişiklik təklif edib. Paylaşıma diqqət edək: “Təklif edirəm ki, Azərbaycan bayrağında dəyişiklik olsun. Bayrağımızda əks olunan aypara və səkkizguşəli ilduzun heç bir mənası yoxdur. Aypara və səkkizguşəli ulduzun yerinə Ulu Öndərimiz Heydər Əliyevin şəkli vurulsun”.

Xalqinfo.AZ xəbər verir ki, E.Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hər zaman qaragüruhçu dairələri faktlarla, arqumentlərlə yerində otuzdurur. Sonuncuların son zamanlar fəallaşmasının təsadüf olmadığını deyən müsahibimiz onları “ələbaxan siyasi ünsürlər” adlandırdı: “Xaricdən maliyyə dəstəyi aldıqlarından fəallaşıblar. Mənim bu fikrimi Sərdar Cəlaloğlu da ”Yeni Müsavat"ın canlı yayınında təsdiqlədi. Mən bildirdim ki, pulu verən mahnını da sifariş edir. O da təsdiqlədi ki, Azərbaycan müxalifətinə vəsait verilmədiyi üçün xaricdən vəsait alırlar. Bu həqiqət canlı yayında səslənmiş fikirdir. Xarici qüvvələr istəyirlər ki, Azərbaycan iqtidarı idarəolunan olsun. Amma Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev müstəqildir və xarici, daxili imkanlarla müstəqil siyasət həyata keçirir ki, bu da bəzi qüvvələri qane etmir".

Müsahibimiz bildirdi ki, bu fikirləri səsləndirdiyi üçün qaragüruhçu dairələr onu hədəfə alırlar. Həm YAP-ı təmsil edən millət vəkili, həm də beynəlxalq əlaqələr komitəsinin katibi olduğunu xatırladan E.Nəsirov İ.Əliyevin daxili və xarici siyasətini dəstəklədiyini vurğuladı: “Xalqımız bu siyasəti dəstəkləyir. Bunu həmin qüvvələrimn gözü götürmür. Qarayaxma kampaniyası da məhz bu səbəbdən aktivləşib. Mənim fəallığım onları qane etmir. Mənə qarşı ləkələmə kampaniyasına başlayıblar. O barəsində sual verdiyiniz sözləri də mən deməmişəm, yazmamışam. Bu, yalan və böhtandır. Mən bunu araşdırdım. Onu ”Made in Azerbaycan" qrupu paylaşıb. Bunu konkret edən şəxs isə Fransada sığınacaq tapmış, savadsız, təhsilsiz, nitqi məişət səviyyəsində olan Məhəmməd Mirzəli adlı şəxsdir. Əslində onun soyadı Məhəmməd Savadsız, Təhsilsiz olsa daha düzgün olardı. Çünki Mirzə soyadı bizdə savadı, təhsili ifadə edir. Mən söyləyəndə ki, belə bir fikir söyləməyimlə bağlı mənbə göstərin, məlum oldu ki, heç bir mənbə yoxdur. Belə insanlara qarşı hüquqi müstəvidə tədbir görülməlidir. O adamın yaşadığı Fransada bu cür əməllərə qarşı ciddi mövqe var. Böhtana görə ciddi cəzalar nəzərdə tutulub".

Müsahibimiz bildirdi ki, M.Mirzəli adlı şəxs prezident İlham Əliyev haqda da mənəviyyata sığmayan ifadələr işlədib. Müsahibimizin sözlərinə görə, onun məskunlaşdığı Fransada 1881-ci ilin iyulun 26-da qəbul edilmiş mətbuat azadlığı haqqında qanunun 30-31-ci maddəsində prezidenti təhqirə görə 45 min avro cərimə və bir ilədək həbs nəzərdə tutulur: “Mən bilirəm ki, onlar bu sayaq əməllərinə görə dilənçi paylarını alıblar. Qarayaxma kampaniyasını da bu səbəbdən aktiv şəkildə aparırlar. Amma bu əməllərinə görə cəzalandırılanda hay-həşir qoparırlar ki, biz siyasi məhbusuq. Bu cür hallar davam edərsə, hüquqi müstəvidə addım atacağam. Bəzi insanlar bilməlidir ki, insanların şərəf və ləyaqətini alçaltmaq olmaz, bunun cəzası var. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalar nəzərdə tutulub. Belə insanlar məsuliyyətə cəlb edilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler