» » Ərdoğandan vəliəhdə:

Ərdoğandan vəliəhdə: Nədən qorxursan?

Bölmə: BLOK XƏBƏR
Ərdoğandan vəliəhdə:




Qaşıqçı cinayətini vəliəhd bilməyəcəksə, kim biləcək?


Xalqinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın təhdidləri üzündən Qaşıqçı cinayətinin ört-basdır edildiyini bildirib:

“Tapşırığı verən ad bəllidir. ABŞ-dan gələn heyət belə, demək olar ki, öz aralarında qərar veriblər, amma danışa bilmirlər. BMT-dən, Mərkəzi Kəşfiyyat İdarəsindən gələnlərə kasetləri dinlətdik. Biz ortadayıq, hər formada bunu deyirik. Sənin özündən şübhən yoxdursa, nədən qorxursan? Sağa-sola dollar, neft paylamaqla bu problem həll olmaz”.

Qeyd edək ki, C.Qaşıqçı oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler