» » "Bu qardaş xalqlar hər zaman bir-birini dəstəkləyib" -

"Bu qardaş xalqlar hər zaman bir-birini dəstəkləyib" - Saydayev

Bölmə: BLOK XƏBƏR
 "Bu qardaş xalqlar hər zaman bir-birini dəstəkləyib" -



Moskvada baş vermiş insident kimi hadisələr azərbaycanlılarla çeçenlər arasında münasibətlərə təsir etməyəcək, çünki bu qardaş xalqlar çox yaxındır və hər zaman bir-birini dəstəkləyib.

Xalqinfo.AZ xəbər verir ki, bunu trend-ə Çeçenistan İctimai Palatasının sədr müavini, Rusiya Jurnalistlər İttifaqının üzvü İslam Saydayev deyib.
İ.Saydayev bildirib ki, onun tanıdığı bütün azərbaycanlılar və çeçenlər hadisəni pisləyir.

İnsidentin təxribat olduğunu vurğulayan İ.Saydayev əlavə edib ki, növbəti münaqişənin yaranmasında maraqlı olanlar çoxdur:

“Təxribatçılara uymaq lazım deyil. Hər iki diasporun nümayəndələri baş verən hadisələrə qiymət verərək birmənalı şəkildə bunu pisləyib. Mən uzun müddət Azərbaycanda yaşamışam, orada çoxlu dostlarım var. Mənim həmçinin Türkiyədə yaşayan azərbaycanlılar arasında çoxlu dostlarım var. Hesab edirəm ki, bu cür məişət zəminində hadisələr azərbaycanlı və çeçenlər arasında münasibətlərə ziyan vurmayacaq. Azərbaycanlılar və çeçenlər hər zaman bir-birini dəstəkləyib. Biz bundan sonra da dostluq və qarşılıqlı anlaşma mühitində yaşayacağıq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler